03.04.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı 2 Aprel Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar olaraq “2 Aprel Beynəlxalq Uşaq Kitabı Günüdür” başlığı altında sərgi-söhbət keçirtdi. Tədbirin aparıcısı 15 saylı filialın multimedia resursları üzrə mütəxəssisi Sulaxbin-Elçi Aygün 2 Aprel Beynəlxalq Uşaq Kitabı Gününün tarixi haqqında məktəblilərə məlumat verdikdən sonra “2 Aprel Beynəlxalq Uşaq Kitabı Günüdür” başlıqlı kitab sərgisini onlara təqdim etdi. Sərgidə yer alan “Bülbülün nağılı”, “Pambıq bala”, “Əlcək”, Eyvaz Borçalının “Şah və qoca”, İsa İsmayılzadənin “Yatağan, vurağan, ağlağan”, Teymur Elçinin “Laylalar”, Xanımana Əlibəylinin “Bir gölün sahilində”, Şarl Perronun “Çəkməli pişik” və sair kitablar məktəblilərin marağına səbəb oldu. Məktəblilərin maarifləndirilməsinə, onların kitaba, mütaliəyə olan maraqlarının artırılmasına xidmət etmək üçün təşkil edilən sərginin nəticəsi olaraq kitabxanaya yeni oxucular cəlb olundu.