Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yaxşı kitab çox qiymətli xəzinədir” adlı kitab sərgisi təşkil edilib

01.04.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 01.04.2023-cü il tarixində N.Nərimanov adına 25, 26 və 40 nömrəli məktəblərdə 2 Aprel Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar olaraq “Yaxşı kitab çox qiymətli xəzinədir” adlı kitab sərgisi təşkil etdi. Uşaq Kitabxanasının əməkdaşları əvvəlcə iştirakçılara Beynəlxalq Uşaq Kitabı Gününün yaranma tarixi haqqında məlumat verərək qeyd etdilər ki, bu gün bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur. 1805-ci il aprelin 2-də uşaq ədəbiyyatının inkişafında əvəzsiz rolu olan danimarkalı yazıçı Hans Xristian Andersen anadan olub. 1967-ci ildən etibarən yazıçının doğum günü Uşaq Kitabları üzrə Beynəlxalq şuranın təşəbbüsü ilə bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunmağa başlayıb. 1846-cı ildən başlayaraq H.X.Andersenin qələmə aldığı və 100-dən çox dilə tərcümə edilən nağıllarını “Çirkin ördək balası”, “Düyməcik”, “Noxud üstündə yatan şahzadə qız”, “Qar kraliçası”, “Qalay əsgərcik”, “Kralın təzə libası” və s. uşaqlar bu gün də çox sevirlər. Sonra mütaliənin insan həyatındakı başlıca rolundan söhbət açılaraq qeyd olundu ki, kitab oxumaq uşaqların mənəvi inkişafına birbaşa təsir edir. Məhz uşaq ədəbiyyatının köməyi ilə yaxşının, pisin, hiylənin, gücün nə olduğunu öyrənirlər. Yəni insana xas olan mənəvi keyfiyyətlərlə tanış olurlar. Paxıl, yalançı, qorxaq, oğru, doğru, müdrik, cəsur, ağıllı, qəhrəman və s. bu kimi mənəvi keyfiyyətlərlə əvvəlcə nağıl, hekayə, şeir və romanlarda tanış olurlar. Sərgidə şagirdlər yazıçının kitabları ilə yanaşı eləcədə Azərbaycan uşaq ədəbiyyatı nümunələri, fonda daxil olan yeni kitablar, həmdə dünya ədəbiyyatının inçilərinə aid olan uşaq ədəbiyyatı ilə tanış oldular. Üç gün davam edən sərgidə 500-ə yaxın kiab sərgiləndi.

 

2.1 MB