31.03.2023
31.03.2023-cü il tarixində Mir Cəlal Paşayev Ev Muzeyində 31 mart soyqırımına həsr olunmuş dəyirmi masa təşkil olundu. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova və şairə Aləmzər Əlizadə, Mingəcevir Turizm Kollecinin tələbələri və muzey kollektivi iştirak etdi. Tədbir şəhidlərimizin müqəddəs ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başladı. Daha sonra muzeyin Elmi-işçisi Tağıyeva Ellada 1918-ci ildə martın 30-dan 31-nə keçən gecə Bakıda törədilən bu vəhşi soyqırımdan ətraflı bəhs edən mühazirə oxudu. Xəzangül Hüseynova, Aləmzər Əlizadə və muzeyin direktoru İradə İbayeva tarix boyu erməni silahlı dəstələrinin xalqımıza qarşı törətdikləri amansız qırğınlardan danışdılar. İllər boyu mehriban , dostcanlı xalqımızın çəkdiyi bu zülümlər yerdə qalmadı. İkinci Qarabağ savaşında mənfur düşmənlər layiqli cavablarını aldılar. Azərbaycan xalqı öz qüdrətini bütün dünyaya sübut etdi.