31.03.2023
Goranboy rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 31.03.2023-cü il tarixdə rayon Mədəniyyət Mərkəzində «31 Mart Soyqırımı» adlı mühazirə-söhbət keçirilmişdir.Tədbirdə Mərkəzi Kitabxana Sistemi, Rayon Tarix-diyarşünaslıq muzeyi,Rayon Dövlət rəsm Qalereyası və şəhər 1 saylı klubun əməkdaşları iştirak etmişdir.Rayon Mədəniyyət Mərkəzinin direktoru Arzu Əliyev tədbiri açıq elan etmişdir. Çıxışa başlamamışdan öncə 44 günlük vətən müharibəsində şəhid olmuş həmyerlilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Sonra isə çıxışçılar rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri Adilə Məmmədzadə və rayon Tarix-Diyarşünaslıq muzeyinin şöbə müdiri Həyat İsmayılova Soyqırım hadisələri haqqında ətraflı çıxış etmişdir. Sonda 31 Mart Soyqırımına həsr edilmiş video çarx nümayiş etdirilmişdir.