Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tarixin silinməyən izləri “adlı dəyirmi masa keçirilib

31.03.2023

31 Mart 2023 –cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Mədəniyyət Mərkəzində 31 Mart
Azərbaycanlıların soyqrım günü ilə əlaqədar “Tarixin silinməyən izləri “adlı dəyirmi masa keçirildi. İlk öncə soyqırıma məruz qalmış soydaşlarımızın və 2020-ci il Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi . Mədəniyyət Mərkəzinin direktoru Afina Quliyeva çıxışında qeyd etdi ki, XX əsrin əvvəllərindən başlayaraq ermənilər tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşdırılmağa başlamış ,azərbaycanlılar öz qədim dədə- baba torpaqlarından qovulmuş ,onların deportasiya prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir. Mədəniyyət Mərkəzinin bədii rəhbəri Eldar Məmmədov öz çıxışında qeyd etdi ki, ötən əsrdə dörd dəfə -1905-1907, 1918-1920,1948-1953 və 1988-1989 –cu illərdə - mənfur düşmənlərimiz azərbaycanlılara qarşı soyqırım törətmişlər. XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş iki qırğın zamanı ( 1905- 1907,1918-1920) iki milyona yaxın azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmiş ,öz ev –eşiyindən zorla qovulmuşdur. Eldar Məmmədov daha sonra qeyd etdi ki,1998-ci ildən etibarən Azərbaycan respublikasında 31 Mart gününü dövlət səviyyəsində Azərbaycanlıların genosidi günü kimi qeyd edilir.Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1998- ci ildə 31 Mart tarixini Azərbaycanlıların Soyqırımı Günü elan olunması ilə bağlı fərman imzaladı və xalqımıza mənəvi təskinlik bəxş etməklə nahaq qanın yerdə qalmayacağına inamı artırdı.  Qisas qiyamətə qalmaz deyiblər ...
2020-ci ilin sentyabr ayının 27 –də başlamış və 44 gün davam etmiş Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu erməni ordusunu darma – dağın edərək, torpaqlarımızı işğaldan azad etdi və şəhidlərimizin qisasını aldı. Tədbirdə Mədəniyyət Mərkəzinin kurs tələbələri və ərazi sakinləri iştirak etdilər.

 

127.5 KB