Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Unudulmayan tarix” adlı dəyirmi masa təşkil olunub.

31.03.2023

31.03.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş " Unudulmayan Tarix" adlı dəyirmi masa təşkil olunub.
Tədbirdə ilk öncə Soyqırım qurbanlarının və şəhidlərin xatirəsi yad edilib və sənədli film nümayiş edilib.
Tədbirdə Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən  Arif Məmişov çıxış edərək bildirib ki, Azərbaycan xalqına, türk dünyasına qarşı erməni daşnaklarının soyqırımı siyasəti 200 ilə yaxın müddətdir davam edir. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Dənizdən-dənizə böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirib, deportasiya və soyqırımları törədib, əzəli torpaqlarımızı ələ keçirməyi özlərinin məqsədlərinə çeviriblər. Belə dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin xüsusi qəddarlıqla törətdiyi kütləvi qırğınlardır.1918-ci ilin mart qırğınlarında 50 mindən çox soydaşımız xüsusi qəddarlıqla qətlə yetirilib, milli mədəniyyət abidələrimiz, tarixi binalarımız və məscidlərimiz dağıdılıb. Mart qırğınları zamanı təkcə üç gün ərzində Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Muğan, Xaçmaz, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində silsilə qanlı faciələr törədilib. Yüzlərlə şəhər və kəndimiz, o cümlədən Qarabağ ərazisində azərbaycanlıların yaşadıqları 150-dən çox, Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabalığa çevrilib.Mart qırğınları təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlərdəndir. Bu faciənin unudulmaması və tarixi həqiqətlərin gənc nəsillərə çatdırılması, gənclərimizə milli dövlətçilik ənənələrinin, azərbaycançılıq ideyasının aşılanması hər kəsin, o cümlədən  mədəniyyət işçilərinin vətəndaşlıq borcudur. Ermənilər evlərə od vurub, insanları diri-diri yandırıblar.
Mədəniyyət Mərkəzinin metodisti Vəliyeva Leyla  qeyd edib ki, bu dəhşətli soyqırımı aktına yalnız Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib, 31 mart “Azərbaycanlıların soyqırımı günü” elan edilib. Soyqırımı ilə bağlı genişmiqyaslı araşdırmalar aparılıb. Quba şəhərində azərbaycanlıların kütləvi məzarlığı aşkar olunub, erməni millətçiləri tərəfindən törədilmiş cinayətlərə dair yeni faktlar aşkara çıxarılıb.Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Ölkə rəhbərliyinin gördüyü tədbirlər 1918-ci ildə erməni silahlı birləşmələri tərəfindən xüsusi amansızlıqla törədilmiş cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılmasında əvəzsiz rol oynayıb.
Digər işçilərdə ermənilərin 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən söz açıb, bu faciənin yaddaşlardan heç zaman silinməyəcəyini bildiriblər. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində şanlı Zəfəri qazanmaqla minlərlə şəhidimizin, günahsız soyqırımı qurbanlarının intiqamının alındığını qeyd olunub. Soyqırımlara məruz qalmamaq üçün Azərbaycan dövləti daha da güclənməli, gənclərimiz tariximizi yaxşı öyrənməli, düşmənlərimizi tanımalıdırlar.

 

334.7 KB