Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qələm - əlimizdə döyüş silahımızdır!”

21.07.2018

21.07.2018-ci il tarixində MKS-nın 2 saylı kitabxana filialında Milli mətbuat və jurnalistika gününə həsr olunmuş “Qələm - əlimizdə döyüş silahımızdır!” adlı dəyirmi masa kecirildi.Tədbirdə kitabxananın fəal oxucuları iştirak edirdilər. Filialın müdiri Firuzə Yunusova Azərbaycan mətbuatının xalqımızın milli şüurunun oyanmasında, milli birliyin, mədəniyyətin və maarifçilik ideyalarının inkişafında müstəsna rolundan, 1875-c- il iyulun 22-də Həsən bəy Zərdabinin”Əkinçi”qəzeti ilə əsası qoyulan Azərbaycan mətbuatının bütün dövrlərdə xalqımızın problemlərinə işıq tutaraq təhsilin, mədəniyyətin yüksəlişi yolunda çarpışmasından danışdı. Sonra kitabxananın oxucusu, 15 saylı orta məktəbin müəlliməsi Bəyim İsmayılova öz çıxışında qeyd etdi ki,Azərbaycan mətbuatı ”Əkinçi”dən başlayan ənənələri davam etdirərək xalqımızın mədəniyyətinin, adət-ənənələrinin, tolerantlıq dəyərlərinin carçısı olub və bu missiya bu gün də davam edir. Filialın böyük kitabxanaçısı Kifayət Məmmədova söylədi ki, milli mətbuatımızın yaranması və inkişafı jurnalistlərin peşə bayramı olmaqla yanaşı, həm də böyük fikir, düşüncə və mədəniyyət hadisəsidir. Milli Mətbuat Günü həm də hər birimizin bayramıdır. Bayramımız mübarək! Tədbirin sonunda iştirakçılar sərgi ilə tanış oldular. Sərgidə milli mətbuatın yaranmasında əvəzsiz xidmətləri olan H.Zərdabi, F.Köçərli, M.F.Axundzadə, C.Məmmədquluzadə və başqalarının həyat və yaradıcılığını əks etdirən kitablar nümayiş olundu.