31.03.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 30.03.2023-cü il tarixində N.Nərimanov adına 25 nömrəli məktəblə birlikdə 31- Mart Azərbaycanlıarın söyqırım günü ilə əlaqədar olaraq “Tariximizin qanlı səhifəsi” başlığı altında anım günü keçirtdi. Məktəbin kitabxanasında həyata keçirilən tədbir faciə qurbanlarının və Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Anım gününü açıq elan edən şöbənin müdiri Ellada Rəhimova bildirdi ki, son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr, soyqırımlar və müsibətlərlə dolu səhifələr yazılıb. Bu dəhşətli hadisələrdən biridə 1918-cilin mart-aprel aylarında yaşanıb. Azərbaycan tarixinə qanla yazılan 31 Mart soyqırımı kimi yazılan həmin hadisələr zamanı on
minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilib. Tədbirdə iştirak edən məktəbin təşkilatı işlər üzrə direktor müavini Sevinc Əsgərova, tarix müəlliməsi Təravət Səfərəliyeva, kitabxana müdiri Pərvin Abbasova, kitabxanaçı Nərmin Məmmədli öz çıxışlarında qeyd etdilər ki, yüz beş il əvvəl erməni daşnakları və quldur dəstələri Bakıda, Şmaxıda, Qubada, Gəncədə,Qarabağda və s. digər bölgələrdə əhaliyə qarşı xüsisi qəddarlıq göstərərək,kəndləri yandırıb, sakinləri yurd-yuvalarından didərgin salmışlar. Bir çox mili memarlıq inciləri, məktəblər, məscidlər və digər abidələr dağıdılıb. Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədici səhnələri üzə çıxır. Tədbirdə həmçinin daha bir soyqırım faktı olan Xocalı faciəsindəndə söhbət açıldı. Məlumat verildi ki, mart soyqırımı haqqında
həqiqətlərin dünyaya çatdırılmasında ulu öndər Heydər Əliyevin xüsisi rolu olmuşdur. Ulu öndər 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırım günü elan edilib. Düşmənin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci lin sentyabında başlayan və 44 gün davam edən Vətən müharibəsində verildi. 200 ildən çoxdur ki, ermənilərin “Böyük Ermənistan” xulyası çərçivəsində törətdikləri vəhşiliklərin, şəhidlərimizin qisasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı və 30 ilə yaxın davam edən işğala son qoyuldu. Sonda məktəbin şagirdləri mövzu ilə əlaqədar öz fikirlərini bildirdilər və şeirlər söylədilər.