30.03.2023
29.03.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı 31 Mart Azərbaycanlıların Soyqırım Gününə aid "Qanla yazılmış soyqırım tariximiz" başlıqlı onlayn mövzu gecəsi keçirdi. Mövzu gecəsini kitabxana filialının müdiri Rahilə Qasımova açaraq 31 Mart Azərbaycanlıların Soyqırım Günü haqqında qısa məlumat verdi və qeyd etdi ki, bu il 1918-ci il 31 Mart Azərbaycanlıların Soyqırımından 105 il ötür. Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırım Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixlı Fərmana əsasən hər il ölkəmizdə 31 Mart Azərbaycanlıların Soyqırım Günü kimi qeyd edilir. Tədbirdə bütün soyqırımlarda həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə GDU-nin Ümumi tarix kafedrasının dosenti, Tarix üzrə fəlsəfə doktoru Hüseyn Bəxtiyarlı, AYB üzvüləri Gəncəbasar YB-nin sədri yazıçı, dramaturq Xəzangül Hüseynova və baş məsləhətçı şairə Aləmzər Əlizadə, AMEA Nizamı Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni Dövr Azərbaycan Ədəbiyyatı şöbəsinin elmi işçisi Samirə Kərimova çıxış etdilər. Çıxış edənlər soylədilər ki, 1918-ci il mart soyqırımında 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhəri və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə on minlərlə azərbaycanlı əhalini qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətinə- azərbaycanlı olduqlarına görə vəşicəsinə qətlə yetirib, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmışlar. Sonda qeyd edildi ki, erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da, güclü Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır. Tədbirdə Goranboy rayon Mahmud Zeynalov adına tam orta məkbin şagirdi Məryəm Nəsibli bu hadisəni öz gözləri ilə görən Hacı Səlim Səyyahın "Mart ayı" şeirini söylədi. Tədbiri keçirməkdə məqsədimiz tarixi keçmişimizi gənc nəslə öyrətmək və hər sahədə vətənimizin
müdafiəsi üçün hazır olmağa çağrış etməkdir.