Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ürəklərdə heykəlini ucaldan Lider” başlığı altında ədəbi-bədii kompozisiya keçirilib

30.03.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı 2023-cü ilin Azərbaycanda Respublikamızın Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərancamı ilə “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar olaraq “Ürəklərdə heykəlini ucaldan Lider” başlığı altında ədəbi-bədii kompozisiya keçirtdi. Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü eləcədə xalqımıza qarşı törədilmiş soyqırımlarda həlak olmuş Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri 15 saylı filialın müdiri Şəhla İlyasova apardı. Tədbirdə M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin tarix müəllimi Könül Yusifzadə, Səadət Əliyeva, həmin məktəbin kitabxana müdiri Aynur Rzayeva, kitabxanaçısı Xoşqədəm İbrahimova çıxış etdilər. Çıxışçılar xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi Heydər Əliyevin demək olar ki, bütün sahələrdə xalqımız üçün etdiyi böyük quruculuq işlərindən, dilimizi, mənəviyyatımızı, milli-mənəvi dəyərlərimizi, Azərbaycanımızın gələcəyini qoruyub saxlamaq üçün gördüyü mühüm tarixi fəaliyyətindən söhbət açdılar. Sonra məktəbin 7-ci sinif şagirdləri Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeir parçaları, dahi şəxsiyyətin dillər əzbəri olan müdrik kəlamlarından nümunələri əzbər söylədilər. M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin 7-ci sinif, eyni zamanda Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin şagirdi Şəhriyar Əliyev “Sən elə bir zirvəsən” adlı məşhur musiqi əsərini ifa etdi. Tədbir zamanı “Ulu Öndər” başlıqlı videoçarx nümayiş olundu. Tədbirin sonunda filialın müdiri Şəhla İlyasova bütün iştirakçılara öz minnnətdarlığını bildirərək, tədbiri yekunlaşdırdı.

 

1 MB

 

1 MB