30.03.2023
29.03.2023-cü il tarixində Goranboy rayon Mərkəzi Kitabxananın qarşısında Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mərkəzi Kitabxananın
təşkilatçılığı ,Heydər Əliyev Mərkəzinin, Mədəniyyət Mərkəzinin, Tarix Diyarşünaslıq Muzeyinin, Rəsm Qalareyasının, şəhər 1 və 2 saylı Sənətkarlıq klublarının ,şəhər 2 saylı tam orta məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə Ulu Öndər, Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100- cü il dönümü münasibətilə “ Müstəqil Vətənin Memarı” adlı tədbir keçirildi. Şəkil və kitablardan ibarət “ Dahi İnsan, Böyük Şəxsiyyət “ başlıqlı sərgi təşkil edildi. Sərgidə Ümummili Liderin həyatı və siyasi fəaliyyətindən bəhs edən xeyli sayda kitab nümayiş olundu. Tədbiri Rayon İcra Hakimiyyətinin müavini Mirvari Ağamalıyeva açaraq Dahi Liderin Goranboy rayonuna etdiyi səfərlərdən danışdı.
2 saylı tam orta məktəbin şagirdləri Dahi Liderə həsr olunan şeirlər söylədilər. Mərkəzi Kitabxananın təşkil etdiyi kitab sərgisinə baxış keçirildi və sonda xatirə şəkli çəkildi.