30.03.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında 29.03.2023-cü il tarixdə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar " Soyqırımlar tarixinin 31 mart günü" adlı anım günü keçirildi.Tədbir soyqırım qurbanlarının, Azərbaycanın azadlığı, müstəqilliyi və bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.Kitabxnanın müdiri Natella Hacıyeva və böyük kitabxanaçı Könül Mirxudayeva 105 il bundan əvvəl erməni daşnakları tərəfindən xalqımıza qarşı törədilən 31 mart soyqırımının cinayətləri haqqında iştirakçılara məlumat verdilər, eyni zamanda kitabxananın fəal oxucuları şeir parçaları ilə soyqırımın acı həqiqətlərini iştirakçılara çatdirdilar .