23.07.2018
23.07.2018-ci il tarixində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində Azərbaycanın dilbər guşələrindən biri olan Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olması ilə əlaqədar olaraq “Torpağın hər qarışı bir tarixdir” başlığı altında söhbət keçirildi. Tədbiri giriş sözü ilə şöbənin kitabxanaçısı Nərmin Həsənova açaraq, balaca oxuculara Ağdam rayonu, çox böyük elmi potensiala malik olmasından, strateji xarakter daşıyan, insanların zəhmətsevərliyi, işgüzarlığı ilə seçilməsindən danışdı... Bildirdi ki, 1993-cü ilin 23 iyulunda Ermənistan Silahli Qüvvələrinin, onların siyasi havadarlarının gücü ilə rayonun ərazisinin böyük hissəsi 77,4 faizi, Ağdam şəhəri,rayonun 1 qəsəbə və 82 kəndi işğal olunaraq bəşər tarixində oxşarı olmayan bir vəhşiliklə darmadağın edilərək yerlə-yeksan olmuşdur. 143 min nəfərə yaxın ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüş, rayonun əhalisi respublikanın müxtəlif bölgələrində məskunlaşmağa məcbur olmuşdur. Qarabağ müharibəsinin bütün çətinliklərini çiynində daşıyan Ağdam 5 illik müharibədə minlərlə şəhid verib, torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş ağdamlılardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Lakin hər bir azərbaycanlı və hər bir ağdamlı əmindir ki, Azərbaycanın Silahlı Qüvvələri müqəddəs torpaqlarımızı, ata-baba yurdlarımızı düşmən tapdağında tezliklə azad edəcək. Sonda iştirakçılar mövzu ilə bağlı kitab sərgisi ilə tanış oldular. Tədbirdə kitabxananın fəal oxucuları iştirak etdilər.