30.03.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı 28.03.2023-cü il tarixində 31 mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar “Tarixin gizlənməyən həqiqətləri” başlığı altında Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə birlikdə anım günü keçirdi.İlk öncə şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.Tədbiri 1 saylı kitabxananın böyük kitabxanaçısı Kərimzadə Lalə açıq elan etdi və 31 mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar “Tarixin gizlənməyən həqiqətləri” başlığı altında çıxış etdi. Daha sonra 1 saylı kitabxananın müdiri Məlikova Züleyxa “Erməni terrorunun izləri” başlığı altında öz fikirlərini söylədi.Gəncə şəhər 6 saylı məktəbin tarix müəllimi Bəşirova Reyhanə “Unutmadıq, unutmarıq” başlığı altında, 6 saylı tam orta məktəbin Azərbaycan dili müəllimi Mirzəyeva Aygün“Soyqırım insanlığa qarşı amansız cinayətdir”, başlığı altında çıxışlar etdilər. Tədbirdə 1saylı kitabxananın təşkil etdiyi “Tarixin gizlənməyən həqiqətləri” adlı sərgi təşkil edilmişdi.Sərgi ilə iştirakçıları 1saylı kitabxananın böyük kitabxanaçısı Kərimzadə Lalə tanış etdi. Azərbaycan xalqı erməni vandalları tərəfindən törədilən bu vəhşilikləri heç vaxt yaddan çıxartmayacaq.