Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tarixin Qan Yaddaşı ” adlı tədbir keçirilib

30.03.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Şəhər kitabxana filialıının təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzinin əməkdaşları ilə birlikdə 29 mart 2023-cü il tarixdə 31 Mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş “Tarixin Qan Yaddaşı ” adlı tədbir keçirdilər. Tədbirdə Heydər Əliyev Mərkəzinin və Goranboy Uşaq İncəsənət məktəbinin əməkdaşları iştirak etdi. Soyqırıımda vəhşiliklə qətlə yetrilən, vətəndaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildkən sonra ,tədbiri giriş sözü ilə Şəhər kitabxana filialının multimedia mütəxəssisi Kəmalə İsmayılova açaraq keçirilən tədbir haqqında iştirakçılara məlumat verdi. Heydər Əliyev Məkəzinin muzey bələdçisi Mətanət Hüseynova və Uşaq İncəsənət məktəbinin kamança müəllimi Səbinə Vəliyeva mövzu ətrafında çıxış etdi. Tədbir Soyqırım haqqında çəkilmiş videoçarxı izləməklə başa çatdı.

 

3.2 MB