Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Dədə Şəmşir Yaddaşlarda” adlı tədbir keçirilib

29.03.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon  Mərkəzləşdirilmiş Kitabxana Sistemi şəhər kitabxana filialı 28 mart 2023 cü il tarixdə Heydər Əliyev Mərkəzində Aşıq Şəmşirin anadan olmasının 130 illiyi münasibətilə "Dədə Şəmşir Yaddaşlarda" adlı tədbir keçirdi. Tədbirdə Goranboy Rayon İcra Hakimiyyəti yanında ictimai şuranın sədri  tarix üzrə fəlsəfə doktoru Gündüz Hacıyev, Heydər Əliyev Mərkəzinin əməkdaşları, Goranboy Uşaq İncəsət  məktəbinin direktoru, Sevinc Zeynalova, Tarix diyarşunaslıq muzeyinin, 1 N və 2 N  sənətkarlıq klubunun işçiləri və Səfikürd kənd 5 illik musiqi məktəbinin saz müəllimi Yolçu Salmanlı iştirak etdi. Tədbiri giriş sözü ilə Şəhər kitabxana filialının müdiri Nərgiz Məmmədova açdı.Tarix üzrə fəlsəfə doktoru Günüz Hacıyev aşıq sənətinin Azərbaycanda qədim sənətlərdən olmasından  tədbir iştirakçılarına məlumat verdi.Aşıq Şəmşirin həyat və yaradcılığından şəhər kitabxana flialının multimedia mütəxəssisi Kəmalə İsmayılava danışdı.Uşaq İncəsənət məktəbinin direktoru  Sevinc Zeynalova dahi bəstəkar Üzeyir Hacıbəyovun"Aşıqsayağı" pyesi"Koroğlu"operasının bir sıra orjinal səhnələrinin yaranmasına yol açmasından danışdı.1N-li sənətkarlıq klubun müdiri Nazilə  Kazımova mövzu ətrafında çıxış etdi. Sonda Səfikürd kənd 5 illik musiqi məktəbinin saz müəllimi  Yolçu Salmanlı Aşıq Şəmşirin qoşma və bayatılarından oxudu.

 

107 KB