Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Kirpinin laylası” nağılının oxu və müzakirəsi keçirilib

29.03.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı “Nağıl saatı” layihəsi çərçivəsində Teymur Elçinin “Kirpinin laylası” nağılının oxu və müzakirəsini keçirtdi. Tədbiri 15 saylı filialın multimedia resursları üzrə mütəxəssisi Sulaxbin-Elçi Aygün apardı. O, ilk öncə nağılın oxusunu kirpi personajının təqdimatında uşaqlara çatdırdı. Bu da onlara hədsiz sevinc bəxş etdi. Sonra nağılın uşaqlar tərəfindən daha yaxşı mənimsənilməsi üçün onlarla söhbət apardı. Hansı heyvanları xoşladıqları və onun dilindən nağıl dinləmək istəklərini müəyyənləşdirmək üçün sual-cavab etdi. Xoş əhval-ruhiyyədə keçən “Nağıl saatı”nın sonunda uşaqlara öz minnətdarlığını bildirib, tədbiri yekunlaşdırdı.

 

288.6 KB