Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tariximizin faciəli səhifəsi” adlı dəyirmi masa keçirilib

29.03.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı filialı 29.03.2023-cü il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımının 105 illiyi ilə əlaqədar “Tariximizin faciəli səhifəsi” adlı dəyirmi masa keçirtdi. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin və Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Multimedia resursları üzrə mütəxəssiz Nərgiz Məmmədova tədbiri açıq elan etdikdən sonra Gəncə şəhər 37 saylı orta məktəbin tarix müəllimi Əfsanə Məmişova, azərbaycan dili və ədəbiyyat müəllimi Ülvi Əliyev, coğrafiya müəllimi Zöhrə Məmmədova, kitabxana müdiri Əminəxatun Yusibova, kitabxanaçısı Səidə Ağayeva çıxış etdilər. Çıxış edənlər tarixin müxtəlif mərhələlərində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi qətliamlardan, tarixi həqiqətlərin Ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırımasından, faciəli tariximizin unudulmaması üçün gənclərin üzərinə düşən mühüm vəzifələrin vacibliyindən söz açdılar. Həmçinin tədbirdə qeyd edildi ki, tarix heç vaxt unudulmur və tarixi saxtalaşdırmaq qeyri-mümkündür.