28.03.2023
27.03.2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi ,Səməd Vurğun adına 41 nömrəli tam orta məktəbdə Azərbaycan yazıçısı, şair, pedaqoq, filologiya elmləri doktoru, professor, Zahid Xəlilin "Ağ leyləklər" kitabının təqdimatını keçirtdi.Tədbiri açan oxu zalının müdiri Əfsanə Bağırova ilk öncə müəllif haqqında qısa məlumat verdi. Bildirdi ki, Zahid Xəlil uşaq yaradıcılığının istedadlı nümayəndəsi olmaqla yanaşı, həm də yazdıqları ilə uşaq qəlbinin memerıdır. Onun zəngin yaradıcılığı uşaqların dünyagörüşünün formalaşması, maraq dairəsinin genişlənməsi, əxlaq və mənəvi- tərbiyəsinin xarakterin müsbət istiqamətdə inkişafına sövq edir.Sonra kitabı təqdim edərək qeyd etdi ki,uşaqlar üçün nəzərdə tutulan “Ağ leyləklər kitabı”nda şeirlər, nəğmələr, yanıltmaclar, mənzum nağıllar toplanmışdır. Məlumat verildi ki, məktəblilər kitabı uşaq kitabxanasının fondundan əldə edə bilərlər. Maraqlı keçən kitab təqdimatında şagirdlərin verdiyi suallar ətraflı cavablandırıldı. Tədbiri keçirtməkdə məqsəd uşaq yazıçı və şairləri şagirdlərə tanıtmaq və onlara mütaliəni sevdirməkdir .