24.03.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy Rayon Mədəniyyət Mərkəzinin Fəxralı kənd Mədəniyyət Evinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə "Yurduma Bahar gəlir" adlı bayram tədbiri keçirildi. Tədbirdə Fəxralı kənd Kitabxana Filialı, Nizami, Bağcakürd, Qazanbulaq qəsəbə Mədəniyyət Evləri, Kələk, Qırıxlı, Alpout, Şıxlar kənd Klublarının nümayəndələri,Şəhid ailələri, kənd sakinləri və məktəblilər iştirak etdilər. İlk olaraq çıxış edərən Mədəniyyət işçiləri Novruz bayramı münasibətilə bayram tədbirində iştirak edən hər kəsi təbrik etdi, onlara uzun ömür, can sağlığı arzuladı, gələcək işlərində uğurlar dilədi.