18.03.2023
17.03.2023-cü il tarixində Naftalan şəhər uşaq musiqi məktəbinin şagirdləri əvvəlcə Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə,sonra isə musiqi məktəbində "Novruz bayramı"na həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.Konsertdə məktəbin xalq çalğı alətləri ansamblı,xor kollektivi,"Cəngi"qarmon çalanlar ansamblı,qızlardan ibarət rəqs qrupu və fərdi ifalarda Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnı və rəqsləri səsləndirilib.