Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib

18.03.2023

17.03.2023-cü il tarixində Xocalı rayon Mədəniyyət evində rayon Mədəniyyət evinin, Xocalı şəhər 1 və 3 nömrəli Uşaq Musiqi Məktəblərinin, Xocalı şəhər 5 nömrəli klubunun birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, Xocalı rayon İcra Hakimiyyətinin başçısıının müavini, İctimai-siyasi, humanitar məsələlər üzrə şöbə müdiri Lamiyə Qarayeva, Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə baş məsləhətçisi Ruslan Bəşirov, rayon idarə, müəssisə rəhbərləri və işçiləri, N saylı hərbi hissənin şəxsi heyəti və rayon ictimaiyyəti iştirak etdilər. Bayram tədbirində Xocalı rayon mədəniyyət müəssisələrinin işçiləri və Xocalı şəhər 4 nömrəli tam orta məktəbinin şagirdləri fəal iştirak etdilər.
İlk olaraq Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov çıxış edərək Novruz bayramı münasibətilə bayram tədbirində iştirak edən hər kəsi təbrik etdi, onlara uzun ömür, can sağlığı arzuladı, gələcək işlərində uğurlar dilədi. O çıxışında bildirdi ki, biz artıq son 3 ildir ki, Novruz bayramını qalib bir xalq kimi qeyd edirik. Bu səbəbdən də özümüzü xoşbəxt hiss edirik və bunun üçün uca Yaradana şükr edirik. Çıxışdan sonra Novruz tonqalı yandırıldı, bayram şənliyində milli adət-ənənələrimizi əks etdirən milli kompozisiya, milli rəqslər və şən əhval-ruhiyyəli musiqilər nümayiş etdirildi. Novruz bayramının simvollarından olan Kosa və Keçəlin gülməli deyişmələri, məzəli hərəkətləri, gənc pəhləvanların güləşi, xoruz döyüşü, cavanların at üzərində göstərdiyi məharət və digər Novruz adət-ənənələrini təcəssüm etdirən kompozisiyalar izləyənlər tərəfindən maraqla qarşılandı. Bayram tədbirində bişirilən milli xörəklərimiz, şirniyyatlarımız rayon ictimaiyyətinə və əsgərlərə paylandı.

 

1.6 MB