Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azad torpaqlarıma bahar gəlir” adlı ədəbi-bədii gecə təşkil edilib

17.03.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə birlikdə 17.03.2023-ci il tarixində Novruz bayramının gəlişi ilə əlaqədar olaraq “Azad torpaqlarıma bahar gəlir” adlı ədəbi-bədii gecə təşkil edildi. Tədbirdə Vətən Müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla
yad edildikdən sonra Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin direktoru Gülnara Hüseynova böyük mənəvi gücə malik olan Novruz bayramının ulu əcdadlarımızın bizə verdiyi ən gözəl milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadmasından danışdı. Məktəbin direktor müavini Rasim Alıyev çıxışında bildirdi ki, Novruz bayramı azərbaycanlılar üşün təkcə bahar bayramı deyil, Novruz-həyatda yenilənmə, isti günlərin və təbiətin bahar əlvanlığının gəlişini əvvəlcədən duymaq əhval-ruhiyyəsi deməkdir. MKS-nin 19 saylı filialının müdiri Elza Əliyeva Milli bayram olan Novruz bayramı haqqında ilk dəfə çap olunan “Novruz bayramı ensiklopediyası” kitabını iştirakçılara təqdim edərək bayram təbriki ilə çıxış etdi.Tədbirdə milli geyimdə olan oğlan və qızlar Novruz bayramını tərənnüm edən təqdimatlar, mahnılar ,şeirlər, bayatılar, səhnəciklərlə maraqlı çıxışlar etdilər. Novruz bayramının əsas qəhrəmanlarından olan Bahar qızı, kosa, keçəlin məhzəkəli çıxıları tədbirə xüsusi rəng qatdı. VII-IX sinif şagirdlərinin ifasında Dahi Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasından maraqlı səhnəciklər göstərildi. Şagirdlərdən Kənan İsmayılov, Ruslan Tağıyev sazda “Baş sarıtel, Ruhani döndərməsi” musiqilərini ifa etdilər. Çal-çağırlı davam edən tədbir bütün iştirakçıların birlikdə “Yallı” rəqsi ilə sona çatdı.

 

96.9 KB