Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ruhumuzu gözəlləşdirən bayram” başlığı altında şeir gecəsi keçirilib

17.03.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi 17.03.2023-cü il tarixində 26 nömrəli Fizika-Riyaziyyat - İnformatika təmayüllü məktəb –lisey ilə birlikdə “Ruhumuzu gözəlləşdirən bayram” başlığı altında şeir gecəsi keçirtdi. Bayram şənliyi Bahar qızın çıxışı ilə açıq elan olundu. Tədbirdə çıxış edən şöbənin müdiri Ellada Rəhimova , məktəbin direktoru Səbahi Nəsibova və uşaq birliyinin rəhbəri Aytəkin Nəzərova iştirakçıları bayram münasibətilə təbrik edərək onlara öz xoş arzularını bildirdilər. Qeyd etdilər ki, milli-mənəvi dəyərimiz olan və tarixi kökləri dahada qədimlərə gedib çıxan Novruz bayramı xalqımız tərəfindən illərlə qorunub saxlanaraq, bu günümüzə gəlib çıxmışdır. Şənlikdə şagirdlərin iştirakı ilə bayramın tarixi dəyərlərini, xalqımızın adət-ənələrini, Novruzun rəmzlərini əks etdirən səhnəciklər nümayiş olundu. Böyük ruh yüksəkliyi ilə şagirdlər şeirlər, mahnılar və rəqslər ifa edərək şənliyi daha da rəngarəng etdilər. Novruzun əsas atributlarından olan Kosa ilə Keçəl öz duzlu-məzəli çıxışları ilə tədbirə xoş əhval-ruhiyyə bəxş etdilər. Bayram tonqalının ətrafında keçirilən tədbirdən şagirdlər böyük sevinclə ayrıldılar.

 

115.8 KB