Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhidi Röyan Hüseynovun doğum günü ilə əlaqədar anım tədbiri keçirilib

17.03.2023

17.03.2023-cü il tarixində Gəncə şəhər Nizami Gəncəvi adına Tarix-Diyarşünaslıq Muzeyində 44 günlük – Vətən Müharibəsi şəhidi Röyan Hüseynovun 21 mart doğum günü ilə əlaqədar anım tədbiri keçirilmişdir. Tədbirdə şəhidin ailə üzvləri, dostları, Gəncə şəhər Nizami Gəncəvi adına 11 saylı və İsrafil Məmmədov adına 27 saylı orta məktəblərin müəllim və şagirdləri, mədəniyyət işçiləri iştirak etdilər. Tədbirdən öncə Şəhidlər Xiyabanı ziyarət edildi, şəhid Röyan Hüseynovun qəbri üzərinə güllər qoyuldu. İlk öncə Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükütla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbirin aparıcısı muzeyin elmi işçisi Fidan Böyükbablı çıxış edərək bildirdi ki, xalqımızın qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsi tarixdə əbədi qalacaq. Şanlı zəfərimiz Ali Baş Komandan, böyük sərkərdə cənab İlham Əliyevin güclü siyasi liderliyi, ordumuzun qüdrəti, rəşadəti sayəsində qazanıldı. Sonra əməkdar mədəniyyət işçisi , şair publisist Bəxtiyar Muradov bildirdi ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün məktəbin və müəllimlərin üzərinə böyük bir məsuliyyət düşür. Bu baxımdan belə tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu qeyd etdi. Gəncə şəhər Nizami Gəncəvi adına 11 saylı orta məktəbin “ Şəhid sinfi” adı verilmiş 7 ç sinfinin şagirdləri Röyan Hüseynovun keçdiyi həyat yolu haqqında geniş məlumat verdilər. Sonra şəhidin atası Sübhan Hüseynov və dostu Ağasəf İsgəndərli Röyan Hüseynovla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər. Tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetin 4-cü kurs tələbəsi Tural Əsgərov “Cənab Leytenant” və “ İgid əsgər, möhkəm dayan” mahnılarını , Gəncə şəhər Nizami Gəncəvi adına 11 saylı orta məktəbin “ Şəhid sinfi” adı verilmiş 7 ç sinfinin şagirdləri “ Azərbaycan”, “Ana və poçtalyon” , Azərbaycan - Dünyam mənim” şeirlərini iştirakçıların nəzərinə çatdırdılar. Tədbirin sonunda 7 ç sinfinin rəhbəri Aytən Xanlarova bildirdi ki, şəhidlərimiz xalqımızın yaddaşında əbədi olaraq yaşayacaqlar və onların əziz xatirəsini yad etmək hər bir vətəndaşın mənəvi borcudur.

 

73.3 KB