Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Zəfər müjdəli Novruzun mübarək Azərbaycan” başlığı altında bayram tədbiri keçirilib

17.03.2023

17 mart 2023-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Günəşli kənd kitabxana filialında “Zəfər müjdəli Novruzun mübarək Azərbaycan” başlığı altında bayram tədbiri keçirildi.Tədbirdə Günəşli kənd kitabxana filialının müdiri Sadıqova Sevil Novruz bayramının  adət- ənənələri haqqında tədbir iştirakçılarına məlumat verdi.Tədbirdə Kəlbəcər rayon Anar Əliyev adın 2 saylı tam orta məktəbin şagirdləri bayrama və yazın gəlişi haqqında şeirlər söylədilər. Novruz bayramının əsas rəmzlərindən biri olan Keçəl ilə Kosanın gəlişi tədbirə rəngarənglik qatdı.Tədbirdə Kəlbəcər rayon Statistika İdarəsinin, “Kəlbəcər Harayı” qəzetinin,Aşıq Şəmşir adına Mədəniyyət evinin əməkdaşları iştirak edirdi.

 

216.2 KB