Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heydər Əliyev-xalqına bağlı dahi şəxsiyyət” başlıqlı kitab sərgisi təşkil edilib

17.03.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı filialı 17.03.2023-cü il tarixdə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev-xalqına bağlı dahi şəxsiyyət” başlıqlı sərgi keçirtdi. Sərgidə qeyd edildi ki, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına misilsiz xidmətləri olan dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Böyük kitabxanaçı Təranə Həsənova iştirakçıları sərgidə nümayiş olunan kitablarla tanış etdi, onları maraqlandıran sualları cavablandırdı. Azərbaycanlı olmağı ilə qürur duyan Heydər Əliyev xalqımız tərəfindən hər zaman dərin ehtiramla xatırlanır, onun mənalı ömrünə və zəngin fəaliyyətinə daim nəzər salınır.

 

117.3 KB