Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Naftalan şəhər Heydər Əliyev Mərkəzinə Goranboy rayon Uşaq İncəsənət Məktəbi ekskursiya edib

17.03.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər Heydər Əliyev Mərkəzinə Goranboy rayon Uşaq İncəsənət Məktəbinin, Azərbaycan Rəqs Kubokunun qalibi, “Cahid” rəqs ansamblının milli dəyərlərimizdən olan Novruz bayramı münasibətilə ekskuriyası təşkil olunmuşdur

Mərkəzin bələdçisi Gülçin Musayeva ekskursiya zamanı gənclərə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyəti barədə ətraflı məlumat verib.

Qeyd edib ki, mərkəzdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən fotolar, arxiv sənədlərin surətləri, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin həyat yolu hər bir azərbaycanlı üçün əsl örnək təşkil edir.

Sonda Ulu Öndər Heydər Əliyevə həsr edilmiş "Xüsusi Təyinat" filmi izlənilib.

 

138.4 KB