Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bölgələrdən bölgələrə” regionlararası yaradıcılıq festivalı

22.07.2018

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “100 illik tariximiz” başlığı altında “Bölgələrdən bölgələrə” adlı regionlararası yaradıcılıq festivalı növbəti məkanı Naftalan şəhəri oldu.

Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən Yaradıcılıq festivalı daha yaddaqalan oldu.

Naftalan şəhər İcra Hakimiyyəti rəhbərliyi, Regional İdarələrin rəhbərləri, eləcə də yerli sakinlər və Naftalanda müalicə alanlar Mədəniyyət Nazirliyinin 15 regional idarəsi tərəfindən nümayiş etdirilən sərgilərə maraqla baxdılar.

Sonra hər bir regional idarənin folklor qruplarının, özfəaliyyət kollektivlərinin konserti tədbir iştirakçılarına təqdim edildi.

“100 illik tariximiz” “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı tədbir iştirakçıları, xüsusən də müxtəlif xarici ölkələrdən müalicə üçün gələnlər tərəfindən rəğbətlə qarşılandı.