Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ulu Öndər Heydər Əliyevin Təhlükəsizlik orqanlarında keçən məsuliyyətli və şərəfli yolu” mövzusunda tədbir təşkil edilib

17.03.2023

Gəncə şəhər Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyi “Heydər Əliyev ili” çərçivəsində 28 mart - təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı ilə əlaqədar “Ulu Öndər Heydər Əliyevin Təhlükəsizlik orqanlarında keçən məsuliyyətli və şərəfli yolu” mövzusunda tədbir təşkil edib. Tədbirdə GİKM-nin Gəncə nümayəndəliyinin könüllüləri iştirak ediblər. Çıxışlarda qeyd edilib ki, təhlükəsizliyin təminatında Azərbaycanın milli maraqlarının ön plana çəkilməsi, milli kadrların rəhbər vəzifələrə təyinatı, orqanlarda milliləşmə prosesinin aparılması məhz Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev dövlət təhlükəsizlik orqanlarında son dərəcə məqsədyönlü və yaradıcı fəaliyyəti ilə həm də zəngin və əvəzsiz bir məktəb yaratmışdır. Heydər Əliyevin şəxsi iştirakı ilə müxtəlif illərdə böyük müvəffəqiyyətlə həyata keçirilən xüsusi əməliyyat işləri bu gün də təhlükəsizlik orqanlarının əməkdaşları üçün əsil peşəkarlıq nümunələri sayılır. Hazırda Ulu Öndər Heydər Əliyevin siyasi kursunu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev uğurla davam etdirir. Tədbirin sonunda gənclərlə diskussiya aparılıb.

 

789.7 KB

 

486.9 KB