Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“44 günün igid, qəhrəman oğlu” başlığı altında söhbət keçirilib

17.03.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 17.03.2023-cü il tarixində K.D.Uşinski adına 29 nömrəli məktəbdə II Qarabağ müharibəsi şəhidi Mustafayev Elvin Fəxrəddin oğlunun anadan olmasının 30 illiyi ilə əlaqədar olaraq “44 günün igid, qəhrəman oğlu” başlığı altında söhbət keçirildi. Tədbirə başlamazdan əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda canindan keçən
bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri uşaq kitabxanasının baş kitabxanaçısı Kifayət Sadıqova açaraq 44 günlük müharibə haqqında ətraflı məlumat verərək bildirdiki, sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə xalqımızın
yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Daha sonra qeyd etdiki, II Qarabağ müharibəsi şəhidi Mustafayev Elvin Fəxrəddin oğlunun həyatı, döyüş yolu haqqında söhbət apardı və vurğuladı ki, 2020-ci il sentyabrın 27-də  Azərbaycan Silahlı Qüvvələri  tərəfindən  Ermənistan  işğalı altında olan ərazilərin azad edilməsi və  Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan  Vətən müharibəsi  zamanı  Murovdağ istiqamətində gedən döyüşlərdə  savaşıb. sentyabrın 27- də   Murovdağ döyüşləri  zamanı şəhid olub. Ölümündən sonra „Vətən uğrunda“, “Cəsur döyüşçü”, "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edildi. Tədbirdə iştirak edən məktəbin təşkilat rəhbəri Vüasalə Məmmədova öz çıxışında qeyd etdi ki , Hər bir kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini də Vətən torpağında atır və torpaq sevgisinin hərarətini bu zaman duyur. Bu hərarət zaman keçdikcə o qədər artır ki, insan bir an belə Vətənsiz yaşaya bilmir. Tədbiri keçirtməkdə məqsəd şagirdlərə Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən oğul və qizlarımızı tanıtmaq və onları təbliğ etməkdir.

 

72.6 KB