Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbində ”Yan Tonqalım” adlı Novruz şənliyi keçirilib

17.03.2023

16 Mart 2023-cü il tarixində Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbində  "Yan Tonqalım" adlı Novruz şənliyi keçirilib. Şənlikdə müəllim və şagirdlərimiz həvəslə iştirak etdilər. İlk öncə Şəhidlərimiz yad edildi.Sonra Beynəlxalq müsabiqələrdə qalib olan müəllim və şagirdlırimiz Diplom və Təşəkkürnamələrlə təltif olundu. 

 Tədbirdə məktəbin xalq calğı alətləri şöbəsi  bədii rəhbər Gülər Məmmədova,  nağaracılar qrupu, nəfəsli alətlər şöbəsi, xanəndə və vokal , saz şöbələri həvəslə cıxış etdilər.Tədbirdə  Samirə Hacıyeva, Hüseyn Abbasov və tələbəsi Zəhra Musayeva öz rəngarəng mahnıları ilə hər kəsin könlünü oxşadı.

  Məktəbimizin balacalardan ibarət həvəskar aktyorluğu sevən şagirdləri Kosa, Keçəl, Dərviş, Bahar qız, Üzük falı və Yumurta döyüşü səhnəsini canlandırdılar. Şagirdlər maraqlı bayatı və hakıştalarla əsl Novruz abu havası yaratdılar.

  Tədbir Tonqal ətrafında Gözəl Aşıq havaları sədası ilə sonlandı.

 

 

213.2 KB