Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mir Cəlal Paşayev Ev Muzeyində ”Novruz gəlir , yaz gəlir” adlı bayram tədbiri keçirilib

17.03.2023

16.03.2023-cü Mir Cəlal Paşayev Ev Muzeyində "Novruz gəlir , yaz gəlir" adlı bayram tədbiri keçirilib. Tədbir Mir Cəlal Paşayev Ev Muzeyinin və Gəncə Uşaq İncəsənət məktəbinin birgə təşkilatçılığı ilə təşkil olundu. Şənlik Azərbaycanın azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başladı.
Muzeyin bələdçisi Orucova Dilbər tədbir iştirakçılarını təbrik edərək Novruz bayramının tarixi haqqında danışdı.Novruz xalqımızın tarixi məlum olmayan ən qədim bayramıdır, öz adət- ənənələri ilə xeyirxahlığı, bolluğu, sülhü , əmin-amanlığı təmsil edir.Bayramın  ən gözəl adətlərindən biri də ağbirçəkləri , ağsaqqalları yad etməkdir.Şənlikdə Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova, hörmətli  yazıçımız  Qərib Mehdi, şairə Aləmzər Əlizadə bu bayramın gözəlliyindən və şahid olduqları  maraqlı hadisələrdən danışdılar. Gənc şair Elton Türkel bayrama həsr etdiyi "Qaranquş " şerini oxudu. Sonra muzeyin Elmi-işçisi Bağırova  Səadət Novruz bayramının dörd ünsürü olan çərşənbələrdən və onların mahiyyətindən danışdı. Mingəçevir Turizm Kollecinin tələbələri isə çərşənbələrə aid bayatılar səsləndirdilər. Uşaq incəsənət məktəbinin müəllim və şagird kollektivi bayram əhval ruhiyəli mahnı və rəqsləri ilə tədbir iştirakçılarının ruhunu oxşadılar. Uşaq İncəsənət Məktəbinin direktoru Təvəkkül Hüseynli və muzeyin direktoru İradə İbayeva  çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə bir daha  təbrik edərək, iştirakçılara öz minnətdarlıqlarını bildirdilər.Tədbirin  sonunda bütün iştirakçılar xoş əhval ruhiyyə ilə yallı getdilər. Bahar bayramınız mübarək!

 

745.5 KB

 

225.9 KB