Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhər Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

17.03.2023

15.03.2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş konsert keçirildi.

Konsertdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Süleyman Əliye və Regional Mədəniyyət İdarəsinin nümayəndələri musiqi məktəbinin direktorları,məktəbin məzunları,Azərbaycan Respublikasının xalq artistləri və əməkdar Artistlər məktəbin qocaman müəllimləri qonaq qismində iştirak etdilər.

Sonra məktəbin müəllim və şagird kollektivnin birgə hazırladıqları konsert proqramı ilə çıxış etdilər.İlk öncə Azərbaycan Respublikasının ərazi bütovlüyü , süverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Konsertdə xanəndə sinifinin şagirdləri, xalq çalgı alətləri şöbəsinin  şagirdləri, fortepiano şöbəsinin şagirdləri "Simli və Nəfəsli" alətlər şöbəsinin şagirdləri öz musiqi töhfələri ilə çıxış etdilər. Sonda Gəncə Regional Mədəniyyət  İdarəsinin rəis əvəzi Süleyman  Əliyev çıxış edərək məktəbin direktoru Aidə Əmrahovaya Məktəbin yaranamasının 100 illiyinə və səmərəli iş fəaliyyətinə görə "Fəxri Fərman"təqdim etdi.

 

161.8 KB