16.03.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 16.03.2023-cü il tarixində Kəlbəcər rayon 109 saylı tam orta məktəbin şagirdləri ilə birlikdə tolerantlıq mövzusu ilə əlaqədar “Azərbaycan tolerantlığın beşiyidir” adlı məlumat saatı keçirtdi. Tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. MKS-nin 19 saylı kitabxana filialının
müdiri Elza Əliyeva tədbiri açıq elan edərək 44 günlük Vətən müharibəsində Azərbaycanda yaşayan xalqların , vətənpərvər gənclərinin qəhrəmanlıq dastanı olmasından , Azərbaycan dövlətinin dünyada təkcə neft və qaz deyil, həm də tolerantlıq və multikulturalizm dəyərləri ixrac edən ölkə olmasından danışdı. Kəlbəcər rayon 109 saylı tam orta məktəbin psixoloqu Fəxriyyə Vəzirova Tolerantlıq-insani münasibətlərə, dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərə aid olduğunu deyərək çıxış etdi. Tolerantlıq nədir və onunla bağlı nələri bilirsiniz suallarına iştirakçılar maraqlı cavablar verdilər. Maarifləndirmə məqsədilə keçirilən tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.