16.03.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı və M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin 4-cü sinif şagirdləri Xalqımızın qədim bayramı Novruzun gəlişi ilə əlaqədar olaraq “Yurdumuza Novruz gəlir, Yaz gəlir!” başlığı altında tədbir keçirtdi. Tədbiri 15 saylı filialının müdiri Şəhla İlyasova apardı. O, bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdikdən sonra Xalqımızın qədim bayramı Novruzun tarixi haqqında məktəblilərə məlumat verdi və adət- ənənələrini onlara sadalatdırdı. Tədbirdə M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin İbtidai sinif müəllimi Sədaqət Kazımova, musiqi müəllimi Rəsmiyyə Alverdiyeva, həmin məktəbin kitabxana müdiri Aynur Rzayeva, kitabxanaçısı Xoşqədəm İbrahimova çıxış etdilər. Novruz şənliklərinin əsas personajları Kosa ilə Keçəlin musiqi sədaları altında tədbirə gəlişləri, məzhəkəli tamaşaları məktəblilərin böyük sevincinə səbəb oldu. Onlar birlikdə rəqs edib, mahnı oxuyub, şeir söylədilər. Xoş əhvali-ruhiyyə ilə Novruzun gəlişini qeyd etdilər.