Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dillən telli sazım” adlı oxucu konfransı keçirilib

15.03.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı filialı 15.03.2023-cü il tarixində Əməkdar İncəsənət xadimi Qocayev Şəmşir Qurban oğlunun (Aşıq Şəmşir) anadan olmasının130 illiyi münasibətilə “Dillən telli sazım” adlı oxucu konfransı keçirtdi. Tədbirdə Azərbaycan dövlətinin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edildi.
MKS-nin 19 saylı filialının müdiri Elza Əliyeva tədbiri açıq elan etdikdən sonra  möcüzələr diyarı Kəlbəcərdə dünyaya göz açmış el sənətkarı Aşıq Şəmşirin həyat – yaradıcılığı və “Aşıq Şəmşirin seçilmiş əsərləri” kitabı haqqında geniş məlumat verdi. Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin Azərbaycan dili ədəbiyyat müəllimi Mərquşə İbrahimova , psixoloq Qətibə Mustafayeva, Uşaq Təşkilatı Birliyinin rəhbəri Qənifə Nağıyeva Aşıq Şəmşirin toxunduğu bütün mövzuların – dostluq və xəyanət, həqiqət və yalan, xeyirxahlıq , zülm – əsl həyat ensiklopediyası və həyat təcrübəsi olmasından, məhz bu xüsusiyyətlər ilə insanları özünə cəlb etməsindən, söz sənətinə ucalıq gətirməsindən, xalqın daim böyük sevgi, hörmət bəslədiyi Azərbaycan aşıq sənətini sözün əsl mənasında zirvələrə qaldırmasından danışdılar. Tədbirdə Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin VIII ç sinif şagirdləri Aşıq Şəmşir haqqında təqdimatlar, şeirlər söyləyərək çıxışlar etdilər.

 

109.2 KB