Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qarabağ yenidən Qafqazın kiçik Parisi olacaq” adlı məlumat saatı keçirilib

15.03.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı filialı 14.03.2023-cü il tarixində Kəlbəcər rayon 109 saylı tam orta məktəbin VII-VIII-X sinif şagirdləri ilə birlikdə Qarabağın turizm potensialı haqqında “Qarabağ yenidən Qafqazın kiçik Parisi olacaq” adlı məlumat saatı keçirtdi. Tədbirdə Azərbaycan dövlətinin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edildi. MKS-nin 19 saylı filialının müdiri Elza Əliyeva tədbiri açıq elan etdikdən sonra Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti sayəsində qazanılan tarixi Qələbədən sonra erməni işğalından azad edilmiş ərazilərdə aparılan geniş bərpa və quruculuq işlərindən, bu bölgənin həm yerli və xarici ölkələrin turizm həvəskarları üçün diqqətçəkən olacağı haqqında məlumat verdi.  Kəlbəcər rayon 109 saylı tam orta məktəbin direktor müavini Şikar Baxışov əsrarəngizliyi ilə seçilən Qarabağ torpağının təbiətinin zənginliyindən, bu bölgənin gələcəyinin daha çox ekoturizmlə bağlı olacağından danışdı. Maarifləndirmə məqsədilə keçirilən məlumat saatı iştirakçılarda xoş təəssürat yaratdı.

 

70.7 KB