Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Ömrün 85-ci baharı ”adlı kitab sərgisi nümayiş olunub

14.03.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında 14.03.23- cü il tarixdə Azərbaycan xalq ədəbiyyatının görkəmli nümayəndələrindən biri,Azərbaycan Yazıçılar Birliyinin sədri, "Heydər Əliyev mükafatı" laureatı,xalq yazıçısı Rzayev Anar Rəsul oğlunun anadan olmasının 85 illiyi münasibətilə "Ömrün 85-ci baharı "adlı sərgi nümayiş olundu. Sərgini kitabxananın multimedia mütəxxəssisi Vüsalə Mustafayeva aparırdı.Sərgidə yazıçının Azərbaycan və xarici dillərdə müəllifi olduğu əsərləri, eləcə də ayrı-ayrı müəlliflər tərəfindən yazılmış dəyərli kitablar və dövri mətbuat materialları sərgilənmişdi. Kitabxanaçı əvvəlcə Anarın həyat və yaradıcılığı haqqında çıxış  edərək, böyük yazıçının Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidmətlərindən danışdı,sonra isə sərgilənən kitablar haqqında məlumat verdi.Tədbirin sonunda kitabxanaçı Anar yaradıcılığının xalqın mənəvi həyatında çox böyük rol oynadığını vurğuladı.

 

199.3 KB