14.03.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı filialı 14.03.2023-cü il tarixdə xalq yazıçısı Rzayev Anar Rəsul oğlunun anadan olmasının 85 illiyi münasibəti ilə “Çağdaş ədəbiyyatımızın klassiki” adlı söhbət keçirtdi.Tədbirdə Gəncə şəhər 37 saylı orta məktəbin şagirdləri iştirak etdilər. Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Filial müdiri Səkinə Hacıyeva gənc oxuculara iki böyük dühaların yadigarı olan Rzayev Anarın həyatı haqqında məlumat verdikdən sonra, xalq yazıçısı Anarın ədəbi və ictimai fəaliyyətinin Azərbaycan dövlətçiliyinin, milliliyinin təbliğinə yönəlməsindən, bir çox fəxri adlara layiq görülməsindən, hekayələri və povestlərinin gənclərin ictimai şüurunun, ədəbi zövqünün formalaşmasında mühüm rol oynamasından söz açdı. Tədbir iştirakçıları verilən məlumatları maraqla dinlədilər.