Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Heydər Əliyev - Xalqa bağışlanmış ömürdən anlar ”mövzusunda konfrans keçirilib.

14.03.2023

11.03.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı və Bişkekdə fəaliyyət göstərən Türk Dövlətlərinin Siyasətinə Dəstək fondunun birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Heydər Əliyev - Xalqa bağışlanmış ömürdən anlar "mövzusunda Beynəlxalq Elmi-Nəzəri Konfrans keçırildi. Konfransı kitabxana filialının müdiri Rahilə Qasımova açaraq tədbir iştirakçılarını salamladı və konfransı açıq elan etdi. Konfransda Türk Dövlətlərinin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin V ərazi şöbəsinin müdir müavini, Türkdilli dövlətlərlə iş sektorunun müdiri Şəfəq Binnətova, Azərbaycanın Xalq yazıçısı Çıngiz Abdullayev, rəssam- modelyer Fəxriyyə Xələfova, akademik, TürkSoyun baş katibi Sultan Rayev, Əməkdar elm xadimi millət vəkili Nizami Cəfərov, AYB üzvü, "Turan" Beynəlxalq Elmlər Akademiyasının akademiki Bayram Apoyev, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət mərkəzinin direktoru Samir Abbasov, Özbəkistan Milli Konservatoriyasının professoru Aziz Zokirov, MDU-nin professoru Mehmet Perinçek, kinorejissor Qriqoriy Naxpetov, İstanbul İqtisadiyyat Universitetinin professoru Kerem Karabulut, şair- tərcüməçi Yusif Aslan, Qırğızıstandan 1994 il Bişkek protokolunun rəhbəri Medetkan Şerimkulov, Bişkekdəki Heydər Əliyev adına məktəb- gimnaziyanın direktoru Kanykey Alumkulova, Arxangeliskidəki Azərbaycan diasporunun sədri Tərlan Qasımov, Niderland Belçika Azərbaycanlı Koordinasiya Şurasının üzvü Mayisə Ağamirzəyeva, Bişkekdə diasporun rəhbəri Əziz Əliyev, şair Elnur Baxış, İspaniya AB-nin yaradıcısı və sədri Vahid İmanov, səhimdar qadınlar cəmiyyətinin üzvü Zemfira Ağayeva, AYB üzvü şairə Aidə Adıgözəl, müəllimə Mehriban Allahverdiyeva çıxış etdilər. Konfransda Heydər Əliyevin xalqı qarşısındakı ən böyük xidmətlərindən, müstəqilliyimizi qoruyub saxlamasından, ölkəni ictimai-siyasi cəhətdən inkişafını təmin etməsindən, Azərbaycanı müstəqil dövlət kimi dünyaya tanıtmasından, Azərbaycanın qurucusu və yaradıcısı olmasından bir sözlə misilsiz xidmətlərindən söhbət açıldı. Konfransda Qriqoriy Naxpetovun müəllifi olduğu "Planetlə dialo" adlı sənədli filimindən parça nümayiş etdirildi.

 

104.2 KB