Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Saqlığında heykəl qoyun ölməzlərə” adlı şeir saatı keçirilib

14.03.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı filialı 13.03.2023-cü il tarixində Xalq şairi Novruzov Cabir Mirzəbəy oğlunun anadan olmasının 90 illiyi münasibətilə “Saqlığında heykəl qoyun ölməzlərə” adlı şeir saatı keçirtdi. Tədbirdə Azərbaycan dövlətinin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edildi. MKS-nin 19 saylı filialının müdiri Elza Əliyeva tədbiri açıq elan etdikdən sonra XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edən Cabir Novruz poeziyasından danışdı.  Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin direktoru Gülnara Hüeynova , Azərbaycan dili ədəbiyyat müəllimi Səlfinaz Cəfərova , tarix müəllimi Vəfa Hacıyeva , psixoloq Qətibə Mustafayeva, Uşaq Təşkilatı Birliyinin rəhbəri Qənifə Nağıyeva , Kitabxana müdiri Ruziyə Abbasova Cabir Novruzun ədəbiyyat aləminə gəldiyi ilk illərindən, yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerlərindən, yüksək mənəviyyata səsləyən yaradıcılığından və vətəndaş ruhunun hakim olduğu poeziyasından, sözlərinə bəstələnmiş çoxsaylı mahnıların musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanmasından danışdılar. Tədbirdə Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin VIII ç sinif şagirdləri Xalq şairi Cabir Novruz haqqında təqdimatlar, şeirlər söyləyərək çıxışlar etdilər.

 

91.2 KB

 

98.5 KB