13.03.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 20 saylı kitabxana filialında 13.03.2023- cü il tarixində Xalq şairi Cabir Novruzun 90 illik yubileyi ilə bağlı "Sağlığında qiymət verin insanlara" başlığı altında şeir saatı keçirildi.Tədbiri filialın müdiri Zeynəb Məmmədova açıq elan edərək dedi ki, XX əsr Azərbaycan ədəbiyyatında Cabir Novruz poeziyası mühüm yerlərdən birini tutur.O ədəbiyyat aləminə gəldiyi ilk illərdən oxucuların dərin məhəbbətini qazanmışdır.Nəğməkar şairin şeirlərinin insanlarda vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasında böyük rolu olmuşdur.Tədbirdə şairin şeirlərindən parçalar söyləndi. İllərim ötüşür karvanlar təki Gah səhər görürəm, gah da ki, axşam. İnana bilmirəm, gün gələcək ki, Mən də bu dünyada olmayacağam.