Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Söz ustadı” adlı şeir gecəsi keçirilib

13.03.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı filialı 18 saylı orta məktəbdə 13.03.2023-cü il tarixində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, xalq şairi Cabir Novruzun anadan olmasının 90 illiyinə həsr olunmuş “Söz ustadı” adlı şeir gecəsi keçirdi. Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.Tədbiri filialın müdiri Firuzə Yunusova açaraq şairin həyat və yaradıcılığından danışdı. Qeyd etdi ki, Cabir Novruzun qələmindən çıxan əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilmiş, şairin sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanmışdı. Sonra məktəbin müəlliməsi Günel Hüseynova Cabir Novruzun əsərlərinin dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edildiyini, onun tərcümələri sayəsində Azərbaycan oxucusularının dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olduğunu bildirdi. Şagirdlər şairin “Mənim nəslim”,” Özünü qoru xalqım”,” Azərbaycanı sevin, sevin Azərbaycanı” , “Vətən dərdi”,” Sağlığında qiymət verin insanlara”, “Tələbə” şeirlərini söylədilər. Sonda isə şairin kitablarından ibarət sərgi ilə tanış oldular.

 

101.4 KB