Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Teatr mədəniyyətimizin beşiyidir” başlıqlı sərgi keçirilib

13.03.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı 10 mart Azərbaycan Milli Teatr Gününûn 150 illiyi münasibətilə 10.03.2023-cü il tarixdə "Teatr mədəniyyətimizin beşiyidir" başlıqlı sərgi keçirdi. Sərgini təşkil edən filialın böyük kitabxanaçısı Mehriban Məmmədzadə Milli Teatr gününün yaranması haqqında sərgi iştirakçılarına məlumat verdi: XIX əsrin 70-ci illərində Azərbaycan Milli Teatrının yaranmasi mədəniyyətimizin tarixində çox böyük hadisə oldu. 1973- cü ildə böyük maarifçi Həsən bəy Zərdabi və yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə M.F. Axundzadənin "Sərgüzəşti- vəziri- xani Lənkəran" komediyası tamaşaya qoyuldu. Azərbaycanda teatr sənəti qədim ənənələrə malikdir. Çünki ilk teatrı tamaşaya qoyulana qədər xalq arasında müxtəlif meydan tamaşaları, kukla teatr tamaşaları geniş yayılmışdır. Sərgidə teatrın keçdiyi inkişaf yolundan söhbət açildı. Milli Teatrın inkaşafında məhşur xeyriyyəçi H.Z.Tağıyevin böyük xidməti olmuşdur. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Bu neçə illər ərzində Azərbaycan Milli Teatrın səhnəsində neçə-neçə korifey sənətkarlar yetişmişdir. Sərgini təşkil etməkdə məqsədimiz gələcək nəslə teatr mədəniyyətini təbliğ etmək, teatrı sevdirmək və gəncləri mənəvi tərbiyə etməkdir.

 

155.6 KB