Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan teatrının yaranmasının 150 illiyinə həsr olunmuş tədbir keçirilib

13.03.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Qızılhacılı qəsəbə Diyarşünaslıq evində 9 mart 2023-cü il tarixdə Azərbaycan teatrının yaranmasının 150 illiyinə həsr olunmuş tədbir təşkil edildi. Tədbirdə Goranboy rayon Gənclər evinin əməkdaşları, Qaraçinar, Zeyvə, Qarqucaq, Səfikürd mədəniyyət evinin işçiləri, qəsəbə ziyalıları və məktəblilər iştirak etdilər. Tədbirdə Qızılhacılı qəsəbə Diyarşünaslıq evinin direktoru Elşad Qurbanov çıxış edərək dedi ki, bildiyimiz kimi Azərbaycanda teatr sənəti Azərbaycan ədəbiyyatı ilə sıx bağlı olan sənət növlərindən biridir. Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik, toy ənənələri həmçinin dünyagörüşü ilə bağlıdı. Peşəkar teatrın inkişafında xalq teatrı əsas rol oynamışdır. Kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi Azərbaycanda görkəmli yazıçı Həsən bəy Zərdabinin və dramaturqlardan Nəcəb bəy Vəzirov və Əsgər Ağa Adgözəlovun fəal iştirakı ilə Mirzə Fətəli Axundovun 1873-cü ilin mart və aprel aylarinda Bakıda səhnəyə qoyulan "Lənkəran xanın vəziri" və "Hacı qara" tamaşalarından başlanır. Bununla Akademik Milli Dram teatrının bünövrəsi qoyulub. Tədbirdə Goranboy rayon Gənclər evinin əmakdaşı Musa Paşayev Azərbaycan teatrının yaranma günü ilə əlaqədar Azərbaycanin görkəmli yazıçısı Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərini həvəskar uşaqların iştirakı ilə səhnələşdirilmiş şəkildə tamaşaçılara təqdim etdi. Tədbirin sonunda əsərin qəhramanları ilə xatirə şəkili çəkildi.

 

57.9 KB