Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Məni taparsınız şeirlərimdə” adlı şeir saatı keçirilib

13.03.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında 10.03.23- cü il tarixdə xalq şairi Cabir Novruzun anadan olmasının 90 illiyinə həsr olunan "Məni taparsınız şeirlərimdə" adlı şeir saatı keçirildi.Tədbir xalq şairinin həyat və yaradıcılıgından bəhs edən sənədli filmin nümayişi ilə başladı.Tədbiri böyük kitabxanaçı Könül Mirxudayeva aparırdı.Kitabxananın müdiri Natella Hacıyeva, 3 saylı musiqi məktəbinin müəllimi Bənövşə Məmmədova çıxış edərək,şairin zəngin yaradıcılığından, onun poeziyamızın inkişafındakı xidmətlərindən, sözlərinə bəstələnən çoxsaylı mahnıları  haqqında danışdılar. Tədbirin sonunda aparıcı vurğuladı ki,bu kimi tədbirlərin keçirilməsində məqsəd məhz milli-mənəvi dəyərlərimizi yaşatmaqdır.Tədbir 3 saylı musiqi məktəbi kollektivinin ifasında şairin "Bulaq suyu, dağ havası" şeirinə bəstələnən mahnının ifası ilə başa çatdı

 

88.8 KB