13.03.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi şəhər kitabxana filialının təşkilatçılığı ilə 10 mart 2023-cü il tarixdə Heydər Əliyev Mərkəzində xalq şairi Cabir Novruzun anadan olmasının 90 illiyi münasibətilə “Sevin Azərbaycanı!” adlı dəyirmi masa keçirildi. Dəyirmi masanı giriş sözü ilə Şəhər kitabxana filialının multimedia mütəxəssisi Kəmalə İsmayılova açaraq Cabir Novruz yaradıcılığının vətənpərvərlik və mübarizlik xidmətləri haqqında məlumat verdi. Şəhər 2№-li kulubun müdiri Sevda Məmmədova Cabir Novruzun həyat və yardıcılığından söhbət açdı. Sonda Goranboy şəhər Uşaq İncəsənət məktəbinin kamanca müəllimi Səbinə Vəliyeva Cabir Novruzun yazdığı şeirlərə bəstələnmiş çoxsaylı mahnılarin musiqiçilər tərəfindən böyük rəğbət və sevinclə qarşılanmasından danışdı.