10.03.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı 44 Günlük Vətən müharibəsi Gəncə şəhidi Bürcəliyev İlqar Vüqar oğlunun anadan olmasının ildönümü ilə əlaqədar olaraq “Şəhərimizin qəhrəman oğulları” başlığı altında anım günü keçirtdi. Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü eləcədə xalqımıza qarşı törədilmiş soyqırımlarda həlak olmuş Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri 15 saylı filialın müdiri Şəhla İlyasova apardı. O, Vətən müharibəsi Gəncə şəhidi İlqar Bürcəliyevin qısa, amma şərəfli ömür yolu haqqında tədbir iştirakçılarına məlumat verdi. Sonra M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin İbtidai sinif müəllimi Sədaqət Kazımova, həmin məktəbin kitabxana müdiri Aynur Rzayeva, kitabxanaçısı Xoşqədəm İbrahimova çıxış etdilər. Məktəblilər Vətənimizə, Şəhidlərə həsr olunmuş şeir parçaları söylədilər. Tədbirin sonunda Şəhidimizə həsr olunmuş videoçarx nümayiş olundu.