Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Sənətkarlar əbədi yaşar” adlı dəyirmi masa keçirilib

10.03.2023

10.03.2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikasinin xalq şairi Cabir Novruzovun 90 illik yubileyi ile əlaqədar "Sənətkarlar əbədi yaşar" adlı dəyirmi masa keçirilib. İlk öncə Cabir Novruzun həyat və yaradıcılığı haqqında videoçarxa numayiş olunub. Daha sonra Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov çıxış edərək bildirib ki, şairin poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən o, yüksək bəşəri və mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Onun şeirlərinə bəstələnmiş “Məhəbbət”, “Bakının qızları”, “Bulaq suyu, dağ havası”, “Cavanlığım”, “Mənim duyğularım”, “Ömür keçir”, “Böyüməyə tələsmə” “Məhəbbət ölməyəcək” və digər mahnılar bu gün də sevilərək dinlənilir. Cabir Novruzun yüksək mənəviyyata səsləyən yaradıcılığı bədii gözəlliyi və rəvanlığı ilə seçilir. Onun yaradıcılığı xalqımızda vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərmişdir. Sonra isə Mədəniyyət Mərkəzinin  kütləvi iş təşkilatçısı Verdiyeva Aferim çıxışında qeyd etdi ki, Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olmuşdur. O, ömrünün bütün mərhələlərində ölkəmizdə gedən ictimai-siyasi proseslərin fəal iştirakçısı olmuş, xalqımızın həyatında baş verən taleyüklü hadisələrə düzgün qiymət verilməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir. Görkəmli şairin ədəbi yaradıcılığı həm xalqımız, həm də dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Əməkdar İncəsənət Xadimi, Xalq Şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülmüş, 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmiş, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.

 

399 KB